Çində güclü yağış daşqınlara səbəb olub: 47 nəfər ölüb
Çinin Quandun əyalətində güclü yağışın səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib.
Milli mətbuatda yer alan xəbərə görə, Quandun əyalətinin Meycou əyalətində Sonqyuen çayının daşması nəticəsində meydana gələn daşqınlarda Pingyüen rayonunda 38 nəfər ölüb.Beləliklə, Meycouda daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib.
Daşqın və sürüşmə böyük fəsadlar törədib.Həftə ərzində yağan güclü yağış, sel və torpaq sürüşməsi böyük maddi ziyana səbəb olub. Songyüen çayı boyunca yüzlərlə körpü dağılıb, 365 kilometr yol zədələnib, hektarlarla kənd təsərrüfatı sahəsi su altında qalıb.
Ötən həftə Çinin cənubundakı Fucien və Guicou əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsi də güclü yağışların yaratdığı daşqınlarla üzləşib.
Milli Meteorologiya Mərkəzi həmçinin ölkənin cənubunda Quicou, daxili bölgələrdə Hinan və Anhui və şərqdə Cianqsu əyaləti üçün güclü yağış və daşqın xəbərdarlığı edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...