2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çində balıq “su pərisi”nin başını dişləyib

31-01-2025
IMG

Çinin Yunnan vilayətində əyləncə mərkəzində sualtı şou zamanı balıq anidən “su pərisi”nə hücum edib.

Fhnews.az xəbər verir ki, Çin Yeni ili bayramı ilə əlaqədar yanvarın 29-da keçirilmiş şou zamanı iri balıq “su pərisi”nin başını dişləyib. Özünü itirməyən “su pərisi” başını balığın ağzından çıxarmağa nail olub. Rusiyadan olan “su pərisi” yüngül xəsarət alıb.

Hadisəni turistlər telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə yayıblar. Əyləncə mərkəzi açıqlama yayaraq, “təqsirkarın” nərə balığı olduğunu bəyan edib. “Su pərisi” şousu isə bərpa olunub.

Paylaş: