Çin təyyarələri Tayvan sahillərinə yaxınlaşıb
Çin Xalq Respublikasının (ÇXR) Silahlı Qüvvələrinin 41 təyyarəsi və 7 gəmisinin Tayvana yaxınlaşması qeydə alınıb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə adanın müdafiə qurumu məlumat yayıb.
Qeyd olunub ki, sözügedən qruplaşmadan 32 təyyarə Tayvan hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Hədəfləri izləmək üçün zenit raket sistemləri, habelə adanın aviasiya və donanması istifadə edilib.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ və Çinin son 5 ildə ilk dəfə nüvə silahı məsələsi üzrə yarırəsmi danışıqları bərpa etdiyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...