Çin superkompüterlərdən daha sürətli kvant kompüterini təqdim edib
Yeni superkeçirici kvant kompüter prototipini təqdim edən Çin alimləri bunun yeni prosessor dövrünə yol açacağını iddia edirlər.Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları deyirlər ki, bu kvant kompüteri ən sürətli superkompüterdən 1 katrilyon dəfə daha sürətli işləyir.
Dünya alimləri klassik kompüterlər üçün mümkün olmayan tapşırıqları yerinə yetirə bilən kvant kompüterləri yaratmağa çalışırlar.Kvant kompüterlərini sınaqdan keçirmək və müqayisə etmək üçün qızıl standart halına gələn vəzifələrdən biri də "təsadüfi dövrə seçmə" (RCS) problemidir.Bu proses kvant sistemlərinin hesablama üstünlüyünü vurğulamaq qabiliyyətinə görə intensiv tədqiqatların mərkəzinə çevrilib.
Son tapıntıların kvant kompüterləri üçün aparat yaradılmasında irəliləyişin sübutları olduğunu bildirən tədqiqatçılar bunun dərman kəşfi və süni intellekt üçün qabaqcıl prosessorlara yol aça biləcəyini əlavə edirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...