Çin insanlı Ay missiyalarında istifadə edəcəyi rover və skafandrın adlarını müəyyən edib
Çin İnsanlı Kosmos Missiyaları Agentliyi ictimaiyyətdən gələn 9 min ad təklifi arasından edilən seçimin nəticələrini açıqlayıb.Buna uyğun olaraq, Ayın kəşfiyyat missiyalarında istifadə olunacaq təkərli rover vasitəsi "Tansuo", taikonavtların geyinəcəyi skafandr isə "Vangyu" adlandırılıb.
Bildirilib ki, Çin dilində “naməlumun kəşfi” mənasını verən “Tansuo” adı Çinin kosmik proqramının kəşfi üçün yenilikçi ruh və axtarışları simvolizə edir və Çin xalqına Ayın sirlərini açmağa imkan verəcək.
Çin dilində "kainatın görünüşü" mənasını verən "Vangyu" adının Çinin ilk insan kosmos ekspedisiyalarına başlamaq və kosmik stansiya qurmaqla Aya və kosmosun dərinliklərinə çatmaq məqsədini ifadə etdiyi vurğulanıb.
Çin 2030-cu ildən başlayaraq Aya insanlı ekspedisiyalar təşkil etməyi və Beynəlxalq Ay Tədqiqat Bazasını yaradaraq gələcək kəşfiyyat fəaliyyətləri üçün zəmin yaratmağı hədəfləyir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...