Çin alimləri Ayın torpaq nümunələrində maqnit sahəsinin dəyişməsini aşkar ediblər
Çin Elmlər Akademiyasının alimləri “Çanqi-6” missiyası ilə görünməyən qaranlıq tərəfdən gətirilən torpaq nümunələrini araşdıraraq keçmişdə Ayın maqnit sahəsinin dəyişməsi ilə bağlı ilk məlumatı əldə ediblər.
“Chinadaily.com” xəbər verir ki, araşdırma nəticəsində Ayın maqnit sahəsinin intensivliyinin təxminən 2,8 milyard il əvvəl yenidən artmış ola biləcəyi ortaya çıxıb.
Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan və Milli Astronomiya Rəsədxanasından Cu Rişyanq və Say Şuhuinin rəhbərlik etdiyi qrup “Changi- 6” missiyası Aydan gətirdiyi 4 millimetrlik bazalt qaya parçası üzərində maqnit tədqiqatı aparıb. Alimlər Ayın maqnit sahəsinin generatorunun gücün kəskin azalmasından sonra təxminən 2,8 milyard il əvvəl yenidən gücləndiyini və təkrar maqnit sahəsi yarada biləcəyini müəyyən edib.
Daha əvvəl Apollon missiyası tərəfindən gətirilən torpaq nümunələrini tədqiq edən elm adamları Ayın 3,5-4,2 milyard il əvvəl maqnit sahəsi yaradan aktiv generatora malik ola biləcəyini, maqnit sahəsinin təxminən 3,1 milyard il əvvəl əhəmiyyətli dərəcədə azaldığını aşkar ediblər.
Ayın içərisində bir zamanlar Yerinkinə bənzər bir maqnit sahəsi yaradan təbəqənin olduğunu qeyd edən Say Şuhu "Maqnit sahəsi bir planetin yaşayış mühitinin qorunmasında əhəmiyyətli bir elementdir. Bu, təkcə kosmik şüalara qarşı qorunma təmin etmir, həm də atmosferi və suyu qoruyur.”-deyə açıqlama verib.
Say maqnit sahəsinin intensivliyinin yenidən artmasının generatorun enerji mənbəyinin dəyişməsi və ya ilkin olaraq bu qüvvəni təmin edən mexanizmin yenidən gücləndirilməsi ilə bağlı ola biləcəyini bildirib.
Qeyd edək ki, Çin Milli Kosmik İdarəsi (CNSA) və Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) araşdırma üçün Ayda baza yaradılması layihəsini həyata keçirir.Çinin növbəti Ay missiyası "Changi-6" Ayın qaranlıq tərəfindən qaya və torpaq nümunələrinin toplanması üçün ilk kəşfiyyat missiyası idi.
Xatırladaq ki, Çin İnsanlı Kosmik Agentliyi 2030-cu ilə qədər Aya insan göndərməyi hədəflədiklərini açıqlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...