Çin ABŞ-a birbaşa uçuşların sayını artırmaq niyyətindədir
Çinin Baş Mülki Aviasiya İdarəsi 2024-cü ildə ABŞ-a birbaşa uçuşların sayını artırmağı planlaşdırdığını açıqlayıb.
Fovqaladexeberler.az xəbər verir ki, bu barədə idarə öz saytında məlumat yayıb.
Rəsmi məlumata görə, hazırda Çin və ABŞ arasında müntəzəm birbaşa sərnişin reyslərinin sayı həftədə 63-ə çatıb.
Çin həmçinin “bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrlə hava hüququ sazişlərini fəal şəkildə genişləndirəcək və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları ilə əməkdaşlığı dərinləşdirəcək.
Ölkənin Mülki Aviasiya Baş İdarəsi də viza və sərhəd nəzarəti siyasətlərini təkmilləşdirmək və gömrük rəsmiləşdirilməsi proseslərini daha da sadələşdirmək üçün çalışacaq.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...