Çilidə 6 bal gücündə zəlzələ baş verib
Çili Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri ölkənin Antofaqasta bölgəsindəki Sierra Qorda şəhəri olan 6 bal gücündə zəlzələ yerli vaxtla saat 13.21-də, 96 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean seysmik bölgəsində yerləşir.
2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və ondan sonra yaranan sunami nəticəsində 500-dən çox insan həyatını itirmişdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...