Çexiyada İkinci Dünya müharibəsindən qalan bombaya görə 600 sakin təxliyə edilib
Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.
Fhnews.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi polisə istinadən məlumat yayıb.
Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.
Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...