Çexiyada baş verən avtobus qəzasında 17 nəfər yaralanıb
Bu gün Çexiyanın Karlovı-Varı şəhərində 17 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fhnews.az Çexiya mediasına istinadla xəbər verir ki, minik avtomobili ilə toqquşan sərnişin avtobus körpüdən aşaraq dəmir yolunun yaxınlığındakı xəndəyə düşüb. Qəza nəticəsində 17 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
İlkin məlumatlara görə, minik avtomobilin sürücüsü içkili olub. Hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.
Şəhərin mərkəzində avtomobil və dəmir yolu hərəkəti dayandırılıb. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb. Həkimlər onların heç birinin həyatı təhlükəsinin olmadığını bildiriblər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...