Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub
UEFA Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Fhnews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior layiq görülüb. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.
Braziliyalı futbolçu başa çatan mövsümdə Çempionlar Liqasında 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...