Çeçenistanda partlayış
Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində çəndəki tıxac səbəbindən dəhşətli partlayış baş verib. Hadisə zamanı 2-si uşaq olmaqla 4 nəfər ölüb. Partlayış nəticəsində obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada partlayışın stansiyanın anbarında yaranan tıxac səbəbindən baş verdiyi bildirilib.
Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın əraziyə ezam olunmuş yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb, Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...