Çanaqqalada meşə yanğını nəzarət altına alındı
Türkiyənin Çanaqqala bölgəsinin Ayvacık rayonunda meşə yanğını olub. Yanğın yerli vaxtla saat 17:00 radələrində Ayvacık rayonunda Süleymanköy yaxınlığında baş verib.
Küləyin təsiri ilə yanğın qısa zamanda geniş əraziyə yayılıb. Xəbər üzərinə Çanaqqala Meşə Region Müdirliyinə bağlı qruplar bölgəyə göndərilib. Qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Külək nəticəsində genişlənən yanğına 3 vertolyot, 6 təyyarə, qurudan isə ümumilikdə 24 su tankeri və su təchizatı maşını, 4 dozer və ümumilikdə 180 canlı qüvvə cəlb edilib.
Havadan və qurudan edilən müdaxilə nəticəsində yanğın saat 19.45 radələrində nəzarət altına alınıb. Yanğın nəticəsində 9 hektar meşə və 2 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib. Bölgədə soyutma işləri davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...