2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çanaqqalada 500 min kvadratmetr sahə “xəyalət torları”ndan təmizlənib

14-12-2024
IMG

“Xəyalət torları” dənizlərdə və okeanlarda qalan, atılan və ya itən kommersiya torlarına və balıqçılıq xətlərinə verilən ümumi addır. Türkiyənin Çanaqqala bölgəsinin Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən həyata keçirilən layihə çərçivəsində bu il dənizdə 500 min kvadratmetr sahədə “xəyalət torları”nın  təmizləmə işləri aparılıb.

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi Balıqçılıq və Su Təsərrüfatı Baş İdarəsi tərəfindən 2016-cı ildə başlatılan "Dənizlərin tərk edilmiş ov maşınlarından təmizlənməsi" layihəsi çərçivəsində Çanaqqalada həyata keçirilən işlərin 2024-cü il bağlanış tədbiri Marinada keçirilib. 

Qeyd edək ki, balıq ovu zamanı müxtəlif səbəblərdən dəniz ərazisində qalan torlar dəniz həyatı üçün böyük təhlükə və risk, dəniz canlıları üçün isə  arzuolunmaz vəziyyət yaradır. Bu çərçivədə ərazilərdə mütəmadi araşdırmalar aparılır. Təmizlənən  bəzi xəyalət torları Marinada sərgilənir. Bu işlər dəniz ekosisteminə dəstək verir.

Paylaş: