Cari ilin birinci yarısında Aİ ölkələrindən iki mindən çox Gürcüstan vətəndaşı deportasiya edilib
Cari ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələrindən 2124 Gürcüstan vətəndaşı deportasiya edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 189 nəfər azdır.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən çox Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunub - 1367 nəfər. İkinci yerdə 299 nəfərlə Fransa, 3-cü yerdə isə 91 nəfərlə Yunanıstandır.
Xatırladaq ki, 2023-cü ilin birinci yarısında Aİ ölkələri 2313 gürcüstanlını deportasiya edib.
Qeyd edək ki, 2017-ci ilin mart ayından Gürcüstan vətəndaşlarına turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə vizasız qısamüddətli (90 gün) səfərlər etmək hüququ verilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...