2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Sudanda təyyarə qəzaya uğrayıb: 46 nəfər ölüb

26-02-2025
IMG

Cənubi Sudanın Birlik əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 46 nəfər həyatını itirib.

Təyyarə paytaxt Jubaya havaya qalxdıqdan az sonra yerli vaxtla saat 10:30 radələrində neft yataqlarının yaxınlığında qəzaya uğrayıb.

Rəsmilərin  “Təyyarə hava limanından 500 metr aralıda qəzaya uğrayıb. Təyyarədə 21 nəfər olub. Hələlik yalnız bir nəfər sağ qalıb”- açıqlamasını verib.

2011-ci ildə müstəqillik qazanmış və xroniki iqtisadi və siyasi böhranın məngənəsində olan gənc ölkə Cənubi Sudanda etibarlı nəqliyyat infrastrukturu yoxdur. Burada təyyarə qəzaları ümumiyyətlə həddindən artıq yüklənmə və pis hava şəraiti ilə əlaqələndirilir.

Paylaş: