2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Cənubi Koreyanın əhalisi 60 il ərzində iki dəfə azala bilər

06-03-2025
IMG

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyanın ən aşağı doğum səviyyəsinə malik ölkələrindən biri olan Cənubi Koreya əhalisinin 60 ildən sonra iki dəfə azalacağını  proqnozlaşdırıb.

Təşkilatın dərc etdiyi "Cənubi Koreyanın doğulmamış gələcəyi" başlıqlı hesabatda ölkənin 0,72 ilə 2023-cü ildə ən aşağı doğum göstəricisi olan ölkələr arasında birinci yerdə olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, doğum səviyyəsi bu vəziyyətdə qalarsa, Cənubi Koreya əhalisinin 60 ildən sonra yarıya qədər azalacağı gözlənilir. Bu şərtlər davam edərsə, 2082-ci ilə qədər 65 və daha yuxarı yaşda olan insanların ümumi əhalinin yüzdə 58-ni təşkil edəcəyini proqnozlaşdıran hesabatda Cənubi Koreyada aşağı doğum nisbətinin yüksək təhsil xərcləri, uzun iş saatları, iş qrafiki, iş və ailə həyatının tarazlaşdırılmasının çətinlikləri ilə əlaqəli olduğuna diqqət çəkilir.

Cənubi Koreya Daxili İşlər Nazirliyi 2024-cü il dekabrın 24-də Cənubi Koreyanın "super yaşlı cəmiyyət" kateqoriyasına düşdüyünü elan edərək, ölkədə əhalinin 20 faizinin 65 və yuxarı yaşda olan insanlardan ibarət olduğunu bildirib.

Digər tərəfdən, Cənubi Koreyada 2024-cü ildə doğulan körpələrin sayı son 9 ildə ilk dəfə artıb, doğum nisbəti isə 0,72-dən 0,75-ə yüksəlib.

Paylaş: