Cənubi Koreyada körpünün çökməsi nəticəsində üç nəfər ölüb
Bu gün səhər saatlarında Cənubi Koreyada tikilməkdə olan körpünün uçması nəticəsində üç nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, qəza paytaxt Seuldan təxminən 65 kilometr cənubda yerləşən Anson şəhərində magistral yolun inşası zamanı baş verib. Koreya Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəsarət alanlar təcili olaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlardan altısının vəziyyəti ağırdır. Xilasetmə xidməti dağıntılar altında qalan bir nəfərin axtarışının hələ də davam etdiyi bildirib.
Cənubi Koreyanın müvəqqəti prezidenti Çoi Sanq Mok xilasetmə əməliyyatı üçün bütün mövcud resursları və qüvvələri səfərbər etməyi tapşırıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...