Cənubi Koreyada hündürmərtəbəli binada yanğın olub: ölən və yaralananlar var
Cənubi Koreyanın paytaxtı Seulda yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Fhnews.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə paytaxtın Dobonq rayonunda 27 mərtəbəli binanın üçüncü mərtəbəsində yerli vaxtla səhər saat 5 radələrində baş verib. Hadisə yerinə 220-dən çox yanğınsöndürən cəlb olunub. Təxminən 3 saat sonra yanğını nəzarət altına almaq mümkün olub.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Polis təhqiqat aparır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...