2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Koreyada əhali böhranı

23-02-2025
IMG

Cənubi Koreyanın əhalisi günü-gündən yaşlanır. Doğum göstəricilərinin azalması ilə əlaqədar olaraq ilin sonuna kimi əksəriyyəti kənd yerlərində yerləşən 49 məktəbin bağlanacağı açıqlanıb.

“The Korea Herald” yazır ki, Cənubi Koreyada məktəbyaşlı əhalinin sayının azalmasının təsiri davam edir.

Təhsil Nazirliyinin açıqlamasında təhsili davam etdirmək üçün kifayət qədər şagird olmadığı üçün müxtəlif bölgələrdə 49 məktəbin bağlanacağı bildirilib. 

2023-cü ildə ölkədə bağlanan məktəblərin sayı 22 olduğu halda, 2024-cü ildə bu rəqəm 33 olaraq qeydə alınıb.

2017-ci ildə Cənubi Koreya "yaşlılar cəmiyyəti" kateqoriyasına düşüb, çünki 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edir.

2023-cü ildə 0,72 ilə doğum nisbətinin ən aşağı olduğu ölkələr sırasında olan Cənubi Koreyada sosial-iqtisadi səbəblərə görə doğum nisbətləri azalmaqdadır.

Paylaş: