2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Koreya  "demoqrafik milli fövqəladə vəziyyət" elan edib

19-06-2024
IMG

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün "demoqrafik milli fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

“Yonhap”ın  xəbərinə görə, prezident Yoon paytaxt Seulun cənubundakı Seongnam Ar-Ge Mərkəzində "Aşağı doğum nisbəti və qocalan əhali" mövzusunda keçirilən tədbirdə çıxış edib.Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən prezident əlavə edib ki, aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq.

Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas sahəyə diqqət yetirəcəklər: “İş və həyatın tarazlaşdırılması, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”.

Valideynlərin təhsil yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılması və məktəbdənkənar proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.

Qeyd edək ki, Cənubi Koreya 2023-cü ildə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir.

Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.

Paylaş: