2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Asiyanı su basıb

13-09-2024
IMG

Cənubi Asiyada son bir ayda yağan güclü yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri ilə bağlı rəsmi məlumatlara görə, Vyetnamda ən azı 233, Taylandda  33, Myanmada isə ən azı 19 nəfər həyatını itirib. 

Vyetnam, Tayland, Myanma və Laosda yüzlərlə insan həyatını itirib, itkin düşmüşləri tapmaq üçün axtarış-xilasetmə və yardım işləri çətin şəraitdə davam edir.

Meteoroloqlar leysan yağışların ayın sonuna qədər bölgədə təsirli olacağını bildirib və vətəndaşları lazımi tədbirləri görərək təxliyə etmələri barədə xəbərdar edib. “Yagi” qasırğasının ən çox ziyan vurduğu Vyetnamda yağışların təsiri azalarkən, axtarış-xilasetmə işləri nəticəsində fəlakətin sayı artır. Ölkədə qasırğanın törətdiyi dağıntılarda ölənlərin sayı 233-ə yüksələrkən, 103 nəfərin hələ də itkin düşdüyü, ən azı 800 nəfərin yaralandığı bildirilir.

Böyük dağıntılara məruz qalan Vyetnama ABŞ, Avstraliya və Cənubi Koreyadan dəstək gəlib.Cənubi Koreya və Avstraliya hər biri 2 milyon dollar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi  isə 1 milyon dollar humanitar yardım bağışladığını açıqlayıb.

Su basan şəhərlərdən biri olan paytaxt Naypyidavda bir çox uçuşda fasilələr yaranıb, bəziləri ləğv edilib.Ölkə daxilində bir çox dəmir və avtomobil yolunun da su altında qaldığı bildirilir. 

Tailand və Myanma arasında Mae Sae çayının daşması səbəbindən iki ölkənin sərhəd şəhərləri su altında qalıb. Hər iki ölkənin hərbi birləşmələri tərəfindən tam dəstəklənən yardım və axtarış-xilasetmə işləri zaman-zaman təsirini artıran güclü yağış altında davam edir. Sel və torpaq sürüşmələrində 33 nəfərin həyatını itirdiyi Taylandda baş nazir Paetongtarn Çinavatra bu gün təbii fəlakət bölgəsinə səfər edib. Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti bölgədə yaradılmış təcili yardım mərkəzlərinə baxış keçirib, evlərindən təxliyə edilən vətəndaşlarla görüşüb.

Paylaş: