Cənubi Afrikanın milli zooparkındakı sonuncu fil təbiətə buraxılıb
Cənubi Afrikanın yeganə milli zooparkında qalan sonuncu fil 40 illik əsirlikdən sonra təbiətə buraxılıb.Cənubi Afrika heyvan haqları təşkilatı EMS Fondundan verilən açıqlamada Cənubi Afrika Milli Zooparkındakı son fil olan "Çarli" adlı filin Limpopo əyalətindəki xüsusi təbiət qoruğuna köçürüldüyü və təbiətə buraxıldığı bildirilib.
Açıqlamada qeyd edilib ki, 40 il əvvəl Zimbabvenin Hvanqe Milli Parkından Cənubi Afrikaya qaçırılan və sirk heyvanı olmaq üçün öyrədilən Çarli 2001-ci ildən saxlandığı bu zooparkdan təbiətə buraxılan ilk fildir.
Bəyanatda fillərin zooparklarda əziyyət çəkdiyi və əsirlikdə saxlanmağa layiq olmadığına dair elmi dəlillərin təqdim edilməsindən sonra Çarlinin təbiətə buraxılmasının Cənubi Afrika hökuməti ilə uzun illər aparılan danışıqların nəticəsi olduğu və filin təbiətə uyğunlaşması üçün lazımi dəstəyin veriləcəyi vurğulanıb. Açıqlamada Pretoriyada yerləşən Cənubi Afrika Milli Zooparkının fil bölməsinin həmişəlik bağlanacağı da paylaşılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...