2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Afrikada "şistosomiaz" epidemiyası

05-09-2024
IMG

Cənubi Afrika Respublikasının şimal-şərqində yerləşən Limpopo əyalətində “şistosomiaz” epidemiyasının olduğu bildirilib.

Limpopo əyalət hökumətindən verilən açıqlamaya görə, Tzaneen şəhərindəki Malvandla İbtidai məktəbində 142 şagirdə şistosomiaz diaqnozu qoyulub.Bölgənin səhiyyə departamenti ərazidəki su mənbələrini sınaqdan keçirmək üçün işə başlayıb.

Qeyd edək ki, Schistosoma bakteriyasının yaratdığı bu xəstəlik xüsusilə sidik yollarını və bağırsaqları təsir edir.Xəstəlik uşaqların böyüməsini ləngidir və müxtəlif öyrənmə çətinliklərinə səbəb olmaqla yanaşı, müalicə edilmədikdə müxtəlif bağırsaq, böyrək, qaraciyər və sidik yolları xəstəliklərinə yol açır.

Ümumiyyətlə çirklənmiş su mənbələrindən keçən şistosomiaz daha çox Afrika və Cənubi Amerika ölkələrində müşahidə olunur.

Paylaş: