2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Cənubi Afrikada meşə yanğınlarında 14 nəfər ölüb

16-07-2024
IMG

Cənubi Afrikanın Kvazulu Natal əyalətində son 7 gündə baş verən çoxsaylı meşə yanğınları nəticəsində azı 14 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın regional hökuməti məlumat yayıb.

“Ölənlər arasında altı yanğınsöndürən var. Digər bir xilasedici isə ağır vəziyyətdə xəstəxanadadır”, - məlumatda deyilir.

Qeyd edək ki, son günlər havanın son dərəcə quraq keçdiyi Kvazulu Natal əyalətinin müxtəlif yerlərində yanğınlar baş verir. Səlahiyyətlilər yanğınların bəzilərinin meşənin qəsdən yandırılması nəticəsində baş verdiyini güman edirlər.

Paylaş: