Cənubi Afrika bölgəsində quraqlıq səbəbiylə 68 milyon insanın köməyə ehtiyacı var
Cənubi Afrika İnkişaf Birliyi Cənubi Afrika bölgəsində 68 milyon insanın quraqlıq səbəbiylə köməyə ehtiyacı olduğunu açıqlayıb.Afrikanın cənubundakı 16 ölkənin üzv olduğu Birliyin 44-cü Adi Zirvə Toplantısı Zimbabvenin paytaxtı Hararedə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilib.Bölgədə quraqlığın yaratdığı aclıq təhlükəsinə qarşı ərzaq təhlükəsizliyinin təmin edilməsi sammitin ən mühüm gündəm maddələri arasında yer alıb. Cənubi Afrika İnkişaf Birliyinin baş katibi Elias Maqosi sammitdəki açıqlamasında El Nino hava hadisəsinin təsiri ilə 2024-cü ildə bölgədə şiddətli quraqlıq olduğunu bildirib.
Maqosi Cənubi Afrika bölgəsində 68 milyon insanın bu quraqlığın yaratdığı aclıq təhlükəsinə qarşı yardıma ehtiyacı olduğunu bildirib.Region ölkələri arasında Zimbabve, Zambiya və Malavi ilin ilk yarısında yaşanan quraqlıq səbəbilə fəlakət vəziyyəti elan edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...