Bursada meşəlik ərazidə yanğın başlayıb, bölgəyə çox sayda texnika cəlb edilib
Türkiyənin Bursa vilayətinin Orhaneli bölgəsində yerləşən meşəlik ərazidə yanğın baş verib.
Fhnews.az xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 38 quru texnikası, 3 helikopter və iki ədəd 2 AT 805 tipli yanğınsöndürmə təyyarəsi cəlb olunub.
Yerli vaxtla təxminən saat 13.30 radələrində başlayan yanğın bölgədə əsən küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılıb. Alovlara müdaxilə davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...