2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Burkina Fasonun Prezidenti İbrahim Traoredən

10-02-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.

Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İbrahim Traore

Burkina Fasonun Prezidenti

Paylaş: