Bu yay Salda gölü Elm Mərkəzi açılacaq
Burdur Mehmet Akif Ersoy Universiteti (MAKÜ) Burdurda Salda Gölündə qurulan Salda Gölü Elm, Təhsil və Təbiəti Mühafizə Tətbiq və Araşdırma Mərkəzinin (SALDA-BİLMER) bir neçə ay ərzində açılması planlaşdırılır.
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Təbii Sərvətlərin Mühafizəsi Baş İdarəsi tərəfindən göldə aparılan elmi araşdırmalara dəstək məqsədi ilə yaradılan mərkəzdə göl və hövzəsinin elmi cəhətdən tədqiqi, təbiətin mühafizəsi və fəaliyyət planlarına töhfə verilməsi, endemik bitki və heyvan növlərinin biomüxtəlifliyinin tədqiqi və ictimaiyyətin məlumatlandırılması istiqamətində araşdırmalar aparılacaq. Universitetin rektoru professor Hüseyn Dalqar bildirib ki, Salda gölünün UNESCO-nun Ümumdünya Geoloji İrs Siyahısına daxil edilməsi ilə gölə elmi maraq artıb.
Elm mərkəzinin daxili materiallarının tamamlanma mərhələsində olduğunu və bir neçə ay ərzində açılışının planlaşdırıldığını bildirən Dalqar "Universitet olaraq bu mərkəzin ən yaxşı xidmət göstərməsini təmin edərək, Salda gölünün tanınmasına və nüfuzuna töhfə vermək istəyirik. Bu münasibətlə Burdurda ciddi bir elm turizminin yaşanacağını təxmin edirik"-deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...