Bu qış “La Nina” iqlım dalğası təsirli olacaq
Ümumdünya Meteorologiya Təşkilatı planeti soyudan La Nina iqlim dalğasının gələn qışda görünəcəyini açıqlayıb. Hesabatda 2024-cü ilin oktyabrından 2025-ci ilin fevralına qədər baş verəcək La Nina hava hadisəsi ehtimalının 60 faiz olduğu bildirilib. Bildirilib ki, La Nina Sakit Okeanın mərkəzi və şərqi ekvatorial hissəsində okean səthinin temperaturunun xeyli azalmasına, həmçinin külək, təzyiq və yağıntı kimi tropik atmosfer sirkulyasiyasında dəyişikliklərə səbəb olur.
Qeyd edək ki, hər bir La Nina hadisəsinin təsirləri onun intensivliyindən, müddətindən, inkişaf etdiyi ilin vaxtından və digər iqlim faktorları ilə qarşılıqlı təsirindən asılı olaraq dəyişir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...