2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

24-09-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar- avqust aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 150-si mühərrikli təkərli oturacaq), 1599-u aşağı və yuxarı ətraf protezi, habelə 1663-ü eşitmə aparatı, 1855-i qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı, 92 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 8 ayı ərzində ümumilikdə 9,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Paylaş: