Bu ilin 7 ayında 207 mindən çox mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207 min 669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu göstəricinin 33 min 572-si (16,1 faiz) ilkin, 174 min 97-si isə (83,9 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Bu ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33 min 395, mənzil üzərində - 46 min 933, torpaq sahəsi – 120 min 79, qeyri-yaşayış binası – 1921, qeyri-yaşayış sahəsi – 4863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54 min 558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-iyul ayları ərzində 154 min 905 texniki pasport tərtib edilib, 41 min 226 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...