Bu gündən “Nobel həftəsi” başlayır
Oktyabrın 7-dən “Nobel həftəsi” başlayır.
Fhnews.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək.
Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...