2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bu gün yeddi planet günəşin bir tərəfində düzüləcək

28-02-2025
IMG

Bu gün Günəşin bir tərəfində yeddi planet düzüləcək və onların əksəriyyəti bütün gecəni adi gözlə görünəcək.

Fhnews.az xəbər verir ki, bunu Sankt-Peterburqda yerləşən Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov deyib.

O həmçinin bildirib ki, növbəti dəfə səmada belə düzülüş 2161-ci ilin mayında təkrarlanacaq.

"Dörd və ya beş planetin düzülüşü demək olar ki, hər il baş verir, lakin yeddi planetin Günəşin bir tərəfində olacağı növbəti böyük düzülüş 2161-ci il mayın 19-da baş verəcək", - o bildirib.

O, fevralın 28-də axşam saatlarında Saturn, Merkuri, Venera, Yupiter və Marsın adi gözlə görünəcəyini, Uran və Neptun isə durbin və ya həvəskar teleskopla müşahidə oluna biləcəyini vurğulayıb.

Paylaş: