2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bu gün axşamdan Bakıda sulu qar və qar yağacaq - XƏBƏRDARLIQ

26-02-2025
IMG

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Paylaş: