2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Britaniyanın bəzi bölgələrində qütb işıqları müşahidə edilib

13-09-2024
IMG

Böyük Britaniyanın bəzi bölgələrində gecə meteoroloqların proqnozuna əsasən qütb işıqları müşahidə edilib.

Fhnews.az xəbər verir ki, “aurora borealis” olaraq da tanınan bu işıqlar Şotlandiya, Şimali İrlandiya və hətta İngiltərənin Sasseks bölgəsinin cənub sahillərində gecə saatlarından səmada görünüb.

Qeyd edək ki, avqust ayının ortalarında qütb işıqları hətta Britaniyanın cənubundaki Kornuol bölgəsində də müşahidə olunmuşdu. May ayında isə Böyük Britaniya və dünyanın bir çox bölgələrində bu işıqlar daha aydın şəkildə müşahidə edilmişdi.

Paylaş: