Britaniyada iqlim fəalları tarixə abidəni narıncı rəngə boyayıblar
“Just Stop Oil” təşkilatının fəalları Böyük Britaniyanın Viltşir bölgəsindəki Stounhenc adlı 5 min illik tarixi abidəni narıncı spreylə boyayıblar.
Fhnews.az xəbər verir ki, fəallar növbəti hökumətin 2030-cu ilə qədər fossil yanacaqların mərhələli şəkildə dayandırılması üçün qanuni qüvvəyə malik sənəd imzalamasını tələb ediblər. Abidəni ziyarətə gələnlər fəalları dayandırmağa çalışsa da, buna müvəffəq ola bilməyiblər. Polis iki iqlim aktivistini saxlayıb.
Birləşmiş Krallığın Baş naziri Rişi Sunak tarixi abidəyə qarşı “rüsvayçı vandalizm”i qınayıb və aktivistlərin öz hərəkətlərindən utanmalı olduğunu deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...