Britaniya və İrlandiyada qasırğa səbəbindən yüz minlərlə abunəçi işıqsız qalıb.
İngiltərə və Şotlandiyanın, həmçinin Uels və İrlandiyanın qərbinə təsir edən “Darragh” qasırğası səbəbindən yüz minlərlə abonentin gün ərzində elektrik enerjisi kəsilib.
İngiltərə Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, fırtınanın sürəti bəzi yerlərdə saatda 150 kilometrə çatıb. Elektrik paylama şirkətləri tərəfindən yaradılan Enerji Şəbəkələri Birliyinin verdiyi açıqlamada İngiltərə və Uelsdə gün ərzində təxminən 768 min abonentin elektrik problemi yaşadığı, təxminən 177 min abunəçinin hələ də elektrik enerjisi ala bilmədiyi bildirilib. İrlandiya Meteorologiya İdarəsi gün ərzində ən çox kəsinti zamanı təxminən 400 min abonentin elektrik enerjisini ala bilmədiyini açıqlayıb.
Qasırğa hava nəqliyyatında da ciddi problemlər yaradıb. Çox sayda uçuşlar ləğv edilib. Təyyarələr İrlandiya və Britaniya hava limanlarına enmək üçün müxtəlif hava limanlarına yönləndirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...