Britaniya Qayana sahillərinə hərbi gəmi göndərəcək
Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.
Fhnews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Məlumatın görə, “Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.
Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində işləyir. Heyəti 65 nəfərdən ibarət gəmiyə helikopter də yerləşə bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...