BRICS Olimpiadasının qalibləri Rusiya ali məktəblərində ödənişsiz əsaslarda magistr təhsili ala biləcək
BRICS ölkələrinin Beynəlxalq Olimpiadasının qalibləri və mükafatçıları Rusiya universitetlərində magistratura proqramları üzrə ödənişsiz əsaslarda təhsil ala biləcəklər.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Olimpiadanın pilot layihəsinin keçirilməsi bakalavr pilləsinin məzunları üçün nəzərdə tutulub. Olimpiadanın qaliblərinin Rusiya universitetlərində magistratura proqramları üzrə ödənişsiz əsaslarda təhsil alacağı planlaşdırılır. Gələcəkdə bu imkan digər BRICS ölkələrinin universitetlərində təhsil almaq üçün də təqdim olunacaq”, - deyə məlumatda bildirilir.
Olimpiadanın tarixləri, iştirakçıların seçilmə meyarları və tematik istiqamətləri 2025-ci ildə müəyyən edilərək açıqlanacaq.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...