2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Braziliyada təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

10-01-2025
IMG

Braziliyanın San-Paulu əyalətinin Ubatuba şəhərində kiçik təyyarənin Kruzeyro çimərliyində qəzaya uğraması nəticəsində pilot ölüb, 5 nəfər yaralanıb.

Ubatuba bələdiyyəsindən verilən açıqlamaya görə, şəhərin Kruzeyro çimərliyində kiçik bir təyyarə qəzaya uğrayıb.İkisi uşaq olmaqla 4 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

Təyyarədə olan 4 sərnişin və qəza zamanı çimərlikdə olan bir qadın xəsarət alıb.

Paylaş: