2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Braziliyada fövqəladə vəziyyət davam edir

24-02-2025
IMG

Braziliyanın Amazon bölgəsindəki Buritikupu şəhərində əmələ gələn nəhəng çuxurlar yüzlərlə evi təhdid edir. Səlahiyyətlilər evlərin uçması riskinə qarşı bölgədə fövqəladə vəziyyət elan edib.

Maranhao əyalətinin Buriticupu şəhərində 55 min nəfərlik əhalinin təxminən 1200-ü böyüyən uçuruma görə evlərini itirmək riski ilə üzləşib.

Son çöküşlər Buriticupu sakinlərinin  30 ildə izlədikləri problemin kəskinləşməsini əks etdirir.

Yağışlar qumlu quruluşuna görə həssaslaşan torpağı tədricən aşındırır və bu problemdə yaxşı planlaşdırılmamış tikinti işləri və meşələrin qırılması da rol oynayır.

Maranhao Federal Universitetinin coğrafiyaşünası və professoru Marcelino Farias deyir ki, indiki kimi güclü yağışlar zamanı problem daha da pisləşir.

Buriticupu ictimai işlər katibi və mühəndis Lucas Conceiçao bələdiyyənin mürəkkəb çuxur vəziyyətinə bir həll yolu tapmaq imkanının olmadığını söyləyib.

Paylaş: