Braziliyada fırtına 1,6 milyondan çox insanı işıqsız qoyub
Braziliyanın San-Paulu şəhərində bir gün əvvəl baş verən güclü fırtınadan sonra 1,6 milyona yaxın insan şənbə günü işıqsız qalıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Oktyabrın 10-da sürəti 108 km/saata çatan fırtına şəhərə yaxınlaşıb. Külək şəhərdəki ağacları və elektrik xətlərini aşırıb. Pis hava şəraiti həmçinin bir neçə hava limanının bağlanmasına və bəzir ərazilərdə su təchizatında fasilələrə səbəb olub.
Şəhər hakimiyyəti əhalini sudan istifadəni məhdudlaşdırmağa çağırıb.
Təbii fəlakət nəticəsində azı 5 nəfər ölüb.
San-Paulu Cənubi Amerikanın ən böyük şəhəridir və təxminən 21 milyon əhalisi var.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...