Böyük Britaniya qeyri-qanuni yolla gələn qaçqınlara vətəndaşlıq verməyəcək
Böyük Britaniya hökuməti qaydaları sərtləşdirərək kiçik qayıqlarla və ya digər qeyri-qanuni yollarla ölkəyə gələn qaçqınların vətəndaşlıq almasını praktiki olaraq mümkünsüz edib.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, yeni təlimata əsasən, təhlükəli səyahətlə - istər dəniz yolu ilə, istərsə də nəqliyyat vasitələrində gizlənərək - Böyük Britaniyaya qeyri-qanuni daxil olan şəxslərin vətəndaşlıq müraciətləri, keçən müddətdən asılı olmayaraq rədd ediləcək.
Bu dəyişikliklər ilk dəfə “Free Movement” bloqunda açıqlanıb və bazar ertəsi viza və immiqrasiya işçiləri üçün rəsmi təlimata daxil edilib. Yeni qaydalar 2025-ci il fevralın 10-da qüvvəyə minib.
Təlimatda qeyd olunur: “2025-ci il fevralın 10-dan etibarən, əvvəllər Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olan şəxslərin vətəndaşlıq müraciətləri keçən müddətdən asılı olmayaraq, adətən rədd ediləcək”.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...