2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

26-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Denis Beçiroviç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Paylaş: