Borjomi-Xaraqauli Milli Parkının ərazisindəki yanğının söndürülməsinə helikopter cəlb olunub
Gürcüstanın cənubunda, Borjomi-Xaraqauli Milli Parkının ərazisində sentyabrın 3-də axşam saatlarında başlamış yanğının söndürülməsinə helikopter cəlb olunub.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Tbilisidən və digər bölgələrdən gəlmiş yanğınsöndürənlər Axaldaba kəndindən 12 kilometr aralıda, Borjomi-Xaraqauli Milli Parkının ərazisində yanğını söndürməyə çalışırlar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...