2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Boluda oteldə baş verən yanğında otel sahibi Halit Ergül həbs edilib

24-01-2025
IMG

Bolu Kartalkaya xizək kurortunda 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə əlaqədar nəzarətə alınan 14 şübhəlidən ədliyyəyə sövq edilən otel sahibi Halit Ergül və müəssisə müdiri Emir Aras həbs edilib.

Qeyd edək ki, Bolu Kartalkaya xizək kurortunda 238 nəfərin qaldığı oteldə baş verən yanğında 78 nəfər həyatını itirib. Nəzarətə alınan İş Sağlamlığı və Təhlükəsizliyi Mütəxəssisi Ece Kayacan və adı məlum olmayan  daha 1 nəfər ədliyyəyə sövq edilib.

Günorta saatlarında ədliyyəyə sövq edilən 8 şübhəlinin prokurorluq sorğuları tamamlanıb. Aralarında iş yeri sahibi Halit Ergül və şirkətin baş direktoru Emir Arasın da olduğu 8 nəfər həbs tələbi ilə məhkəməyə sövq edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan Bolu Kartalkayada otel yanğını ilə bağlı Malatyadakı çıxışında  “Kartalkaya otelində baş verən yanğında səhvlər, vəzifə laqeydliyi, qanun pozuntuları və tamah üzündən millətimizə böyük ağrılar yaşadanlar mütləq məhkəmə qarşısında cavab verəcəklər.”-deyib.

Paylaş: