2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BMT Təhlükəsizlik Şurası Kiprdəki sülhməramlıların mandatını daha bir il uzadıb

31-01-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Kiprdəki BMT Sülh Qüvvələrinin  mandatının daha bir il uzadılmasına qərar verib. Böyük Britaniya və İrlandiyanın təqdim etdiyi BMT Təhlükəsizlik Şurasının mandatının uzadılması ilə bağlı qanun layihəsi BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə yekdilliklə qəbul edilib. Beləliklə, 1964-cü ildən adada olan BMT Sülh Qüvvələrinin   mandatı daha bir il uzadıldı.

Qərarda adadakı problemin həllinin tapılmasında məsuliyyətin ilk növbədə Kiprlilərə aid olduğu, Kipr münaqişəsinin təcili həlli yolu ilə hərtərəfli və daimi həllə nail olmaqda BMT-nin əsas rolunun olduğu vurğulanıb. 

Qətnamədə BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələ ilə bağlı davam edən səylərinə tam dəstək verilib, tərəfləri rəsmi danışıqlara qayıtmaq və daimi, hərtərəfli razılığa gəlmək məqsədilə ümumi əsas tapmaq üçün səylərini yeniləməyə çağırıb. 

BMT-nin Kiprdəki Təhlükəsizlik Qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət qüvvə ilə yaradılmışdır.
Kipr adası 1974-cü ildən şimalda türk və cənubda yunan olmaqla iki hissəyə bölünüb. 2004-cü ildə Kipr rumları BMT-nin təqdim etdiyi adanın iki hissəsinin birləşdirilməsi planını rədd ediblər.

Paylaş: