2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BMT-nin baş katibindən  nüvə silahı ilə bağlı çağırış

24-02-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının  Baş katibi Antonio Quterres "Nüvə heç bir seçim deyil. Bu, yox olmaq üçün tək tərəfli bir yoldur. Nəyin bahasına olursa olsun, bu çıxılmaz vəziyyətdən qaçmalıyıq"-deyib. Quterreş BMT-nin İnsan Hüquqları Şurasının 58-ci Sessiyası çərçivəsində keçirilən Silahsızlanma Konfransında çıxış edib.

Ciddi qlobal nəticələrin olduğu bir vaxtda bir araya gəldiklərini qeyd edən Quterreş onilliklər ərzində qlobal sülh və sabitliyi təmin edən ikitərəfli və regional təhlükəsizlik razılaşmalarının pozulduğunu, beynəlxalq hüququn pozulduğunu, insan haqlarına məhəl qoyulmadığını bildirib.

Quterreş Silahsızlanma Konfransının məqsədinin bu çağırışlarla bağlı olduğuna diqqət çəkib və təcili nəticə əldə etməyin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Baş katib bəzi ölkələrin yeni nüvə silahlarına və onların çatdırılma vasitələrinə sərmayə qoyduğunu, bəzilərinin isə nüvə silahları və material ehtiyatlarını genişləndirdiyini bildirib və nüvə silahının bəzi ölkələrin məcburiyyət vasitəsi kimi istifadəsini tənqid edib.

Keçən ilin sentyabrında Nyu-Yorkda "Gələcək Paktı"nın imzalanmasının nüvə silahlanmasının qarşısının alınması üçün müsbət bir hadisə olduğunu ifadə edən Quterreş "Nüvə heç də bir seçim deyil. Bu, yox olmaq üçün tək tərəfli bir yoldur. Nəyin bahasına olursa olsun, bu çıxılmaz vəziyyətdən qaçmalıyıq"-deyib. Üzv dövlətlərin Gələcək Paktı vasitəsilə BMT-nin tərksilahda rolunu canlandırmaq öhdəliyi götürdüklərini qeyd edən Quterreş bu gündəmlə iş aparıldığını bildirib.

Paylaş: