2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BMT-nin baş katibi Quterreş Türkiyədəki terror aktını pisləyib

23-10-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Türkiyənin Aerokosmik Sənayesi Səhmdar Cəmiyyətinə (TAİ) qarşı törədilən terror aktını pisləyib.
BMT sözçünün müavini Farhan Haq hücumla bağlı yazılı açıqlama verib. Haq məsələ ilə bağlı ətraflı məlumat almağa davam etdiklərini bildirib. Baş katib mülki şəxslərə qarşı bu hücumu pisləyib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Paylaş: